Dünyadakı qaçqınların üçdə biri suriyalıdır

Dünyadakı qaçqınların üçdə biri suriyalıdır

Dünya bankının hesabatında bildirilir ki,  son illər ərzində 65 milyon nəfər öz evlərini tərk etməyə məcbur olublar.
 
Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki,  müxtəlif səbəblərdən öz vətənlərindən didərgin düşənlərin üçdə bir hissəsi isə suriyalılardır. 
 
Dünya bankının hesabatında bildirilir ki, immiqrant problemi tarixdə ən çətin dövrünü yaşayır. “65 milyon insan məcburi köçkündür. Suriya, Əfqanıstan, İraq, Somali, Konqo və keçmiş Yuqoslaviyanın sakinləri son 25 il ərzində bu statusu alıblar. Hal-hazırda qaçqınların çoxu İordaniya, Türkiyə və Livanda yerləşdirliib. Dünya qaçqınlarının 27%-i bu ölkələrin payına düşür.”
 

Google+ WhatsApp ok.ru