Dünyadakı qaçqınların sayında rekord artım - HESABAT 22 May 2017 01:00 Dünya 2016-cı ildə hərbi konfliktlər və təbii fəlakətlər nəticəsində öz yerlərini tərk edən insanların sayı 31,1 milyon nəfərə çatıb. Modern.az xəbər verir ki, bu barədə Norveç Qaçqınlar Şurasının hesabatında məlumat verilib. Qaçqınların 922 min nəfəri Konqo Demokratik Respublikasında baş verən münaqişələrə görə qaçqın düşüb. 2016-cı ilin digər liderləri arasında Suriya (824 min nəfər), İraq (659 min nəfər), Əfqanıstan (653 min nəfər), Nigeriya (501 min nəfər) və Yəmən (478 min nəfər) yer alıb. Ötən il qaçqın düşən 6,9 milyon insandan 2,6 milyonu Sahara səhrasından cənubda yaşayır. Təbii fəlakətlərə görə öz yurd-yuvalarından didərgin düşən sakinlərin sayına görə isə Çin (7,4 milyon) ilk pillədədir. Fillipin (5,9 milyon), Hindistan (2,4 milyon) və İndoneziya da (1,2 milyon) bu göstəriciyə görə liderlər arasındadır. / Teqlər : #Dünyadakı qaçqınların sayında rekord artım HESABAT, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali-Xəlifə rejimi bəhreynli etirazçıları dağıtmaq üçün qadağan olunmuş zəhərli güllələrdən istifadə edib - FOTO İran XİN rəhbəri: `Bu hücum Səudiyyədən alınan 480 milyard dolların qaymağıdır?`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO