Dünyadan 250 dəfə çox su ehtiyatı olan planetlər kəşf edildi

Dünyadan 250 dəfə çox su ehtiyatı olan planetlər kəşf edildi

İsveçrənin Bern Universitetindən astroloq Simon Grimmin rəhbərlik etdiyi alimlər, ilk dəfə 2016-cı ildə kəşf edilən TRAPPIST-1 sistemindəki kənar planetlərin kütlə və quruluşlarıyla bağlı geniş araşdırma aparıb.
 
Maide.Az  "dunyabulteni"ə istinadən xəbər verir ki, planetlərin orbitindəki ulduz ilə dünya arasında müşahidə edilə bilən "keçiş zamanı variasiyaları" nı (TTV) araşdıran alimlər, böyük ölçülü kayaclardan yaranan, bəzi planetlərin  kütlələrinin 5 faizi qədər, yəni dünyadan 250 dəfə daha çox su ehtiva etdiyini aşkar edib.
 
Dünyadan 40 işıq ili məsafəsində yerləşən TRAPPIST-1 sistemində yerləşən planetlərdən üçü, ilk dəfə Avropa Cənub Müşahidə Məntəqəsi Hərəkət Halındakı Planetlər Kiçik Teleskopu (TRAPPIST) tərəfindən kəşf edilib.
 
Sonrakı il Amerika Hava və Kosmos Agentliyi (NASA), sistemdə cəmi 7 planet  olduğunu və bunların hər birinin ulduzun canlı yaşamının meydana çıxmasına uyğun bölümdə olduğunu açıqlayıb.

Google+ WhatsApp ok.ru