Dünyada nə qədər qaçqın var?

Dünyada nə qədər qaçqın var?

BMT  Qaçqınlar üzrə Ali Komissarlığı 2015-ci ildə dünyada 65.3 milyon nəfər qaçqının olduğunu açıqlayıb. 
Maide.Az xəbər verir ki,  BMT  Qaçqınlar üzrə Ali Komissarlığı elan edib ki, qaçqınların sayı rekord həddə çatıb.  2014-cü ildə  bu rəqəm 59.5 milyon nəfər qeydə alınıb. 
Ötən il Avropaya  qaçqınların axını  artıb.  Əfqanıstan, Suriya və İraqdan olan  qaçqınlar bu  qitəyə üz tutub.  Qaçqınların çoxu dənizdə həyatını itirib.  Cari ilin əvvəlindən indiyədək 1370 qaçqın aralıq dənizində həyatını itirb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalıb. 
 
 

Google+ WhatsApp ok.ru