Dünyada orta ömür müddəti 5.5 il uzanıb

Dünyada orta ömür müddəti 5.5 il uzanıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə orta ömür müddətinin 5.5 il uzandığını, qadınların orta ömür müddətinin də kişilərdən daha uzun olduğunu açıqlayıb.
 
Maide.Az xəbər verir ki, ÜST-nin dərc etdiyi “Dünya Səhiyyə Statistikaları” hesabatına görə, 2000-2016-cı illər arasında orta ömür müddəti 5.5 il artaraq, 66.5-dən 72-yə yüksəlib. Orta ömür müddətində adambaşına düşən gəlir, həlledici rol oynamağa davam etsə də, aşağı gəlirli ölkələrdə orta ömür müddəti yüksək gəlirli ölkələrə nisbətən 18.1 il daha azadır.
 
2019-cu ildə 73 milyonu kişi, 68 milyonu qız 141 milyon uşağın dünyaya gəlməsinin gözlənildiyibi bildirilən hesabatda, kişilərin orta hesabla 69.8, qızların da 74.2 il yaşayacağı proqnozu edilib.
 
ÜST hesabatında, son 16 ildə xüsusilə Afrikada Böyük Səhradan aşağıda olmaqla malyariya, qızılca və digər yoluxucu xəstəliklərə qarşı irəliləyişin qeydə alındığı üçün 5 yaşa qədər uşaqların ölüm nisbətlərində ciddi azalmanın olduğu qeyd edilib.
 
Afrika təsiri altına alan QİÇS ilə mübarizədə çatmış nöqtə, ömür müddətinin artmasını təmin etsə də, bütün irəliləmələrə baxmayaraq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında orta ömür yaşayanlar arasında ciddi fərq mövcudluğunu qoruyur.
 
Qlobal intihar nisbəti 2016-cı ildə kişilərdə qadınlara nisbətən 75% daha çox baş versə də, yol qəzalarında xəsarət alan kişilərin sayı qadınlardan iki dəfə çox olub. Ölkələr arasında orta ömür müddəti Yaponiyada 84, İsveçrədə 83 ilə ən yüksək olaraq qeydə alınıb, Lesoto və Mərkəzi Afrika Respublikası kimi ölkələrdə isə orta hesabla 52-53 il təşkil edib.
 
Suriyada 2000-ci ildə 73 olan orta ömür müddəti isə, 2016-cı ildə 63.8-ə düşüb. /deyerler.org /

Google+ WhatsApp ok.ru