Dünyada polad istehsalı azalıb

Dünyada polad istehsalı azalıb

2020-ci ilin mart ayında dünyada polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 147,05 milyon ton təşkil edib.
 
Bu barədə Dünya Polad Birliyinin hesabatında qeyd olunub.
 
Belə ki, cari ilin mart ayında Asiya ölkələri hasilatı 4,1% azaldaraq 105,7 milyon ton, Avropa Birliyi ölkələri isə hasilatı ötən ilin müvafiq dövrünə nisbətən 20,4% azaldaraq 12,03 milyon ton polad istehsal ediblər.
 
Şimali Amerika ölkələrinin polad istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% azalaraq 9,66 milyon ton təşkil edib.
 
MDB ölkələri tərəfindən polad istehsalı 2020-ci ilin mart ayında 6,2% azalaraq 8,26 milyon tona çatıb. /Report /
 

Google+ WhatsApp ok.ru