Dünyada qadınların əlli faizi bu xəstəlikdən sonsuz olur

Dünyada qadınların əlli faizi bu xəstəlikdən sonsuz olur

"Şokolad kistası" kimi tanınan "endometriozis" xəstəliyi qadınların hamilə qalma şansını 50 faizədək azaldır.
 
Maide.Az "Sputnik Azərbaycan"-a istinadla xəbər verir ki, həkimlər hər 10 qadından 1-də aşkarlanan bu xəstəliyin ciddi fəsadlar yarada biləcəyini söyləyir.
 
Türkiyəli həkim Hasan Onur Topçu bütün cütlüklərdə sonsuzluğun 15%, bu xəstəlikdən əziyyət çəkən qadınlar arasında isə sonsuzluğun 50% olduğunu qeyd edib.
 
Həkimlər hər iki qadından birinin məhz bu xəstəliklə əlaqədar hamilə qalmadığını deyir.
 
"Şokolad kistası"na diqqət çəkmək üçün müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə də nümayişlərə başlanılıb. Nümayişçilər "endometriozis üçün buradayıq" şüarını səsləndiriblər.
 
Mart ayında endometriozisin fərq edildiyini vurğulayan Topçu bildirib ki, bu xəstəlik 7-10 il arasında formalaşan bir xəstəlikdir. Adətən menstrual ağrılarla başlayır. Bu ağrı qadınlar arasında normal qəbul edilir. Lakin əslinə qalsa, bu, heç də normal değil.
 
"Bu, bir qadının ailə, sosial, iş həyatına təsir edir. Menstrual ağrılar bu xəstəliyin ilkin əlamətləri ola bilər. Aybaşı zamanı şiddətli ağrısı olan qadınlar mütləq həkimə müraciət etməlidir ki, ona ilkin diaqnoz qoyulsun. Əgər aybaşı ağrılarının üzərinə vaxtında düşülməsə, o zaman bu, "şokolad kistası" adlandırılan və dəhşətli ağrılan verən xəstəliyə çevrilir" - deyə Topçu əlavə edib.

Google+ WhatsApp ok.ru