Dünyada qaçqın uşaqların sayı durmadan artır

Dünyada qaçqın uşaqların sayı durmadan artır

-- İkinci Dünya Müharibəsi vaxtından da çoxdur

BMT Uşaq Fondu (YUNİSEF) 20 iyun Dünya Qaçqınlar Günü vəsiləsiylə hazırda müxtəlif ölkələrdə qaçqın həyatı yaşayan uşaqlarla bağlı hesabatını açıqlayıb.
 
Maide.az “dw.com”a istinadən xəbər verir ki, YUNİSEF dünyada 30 milyona yaxın uşaq və gəncin müharibələr səbəbindən yaşadığı yeri tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.
 
Bu rəqəm isə İkinci Dünya Müharibəsindən sonra ən böyük rəqəmdir.
 
Qurumdan bildirilib ki, qaçqın uşaqların çoxu səhiyyə xidmətlərindən məhrumdur. Onların yarısı məktəbə getmək şansı əldə edə bilib.
 
Qeyd edilib ki, ailəsi olmayan qaçqın uşaqların çoxu insan ticarəti və müxtəlif işlərdə istimarın qurbanı olurlar.

Google+ WhatsApp ok.ru