Dünyada rekord tutuma malik fləş kart təqdim edilib 05 Yanvar 2017 02:00 Maraq dünyası “Kingston” şirkəti 1 və ya 2 terabayt (TB) tutuma malik “DataTraveler Ultimate GT” daşıyıcısını istehsal edib. İstehsalçı iddia edir ki, bu fləş kart dünyada ən rekord tutuma malikdir. Fləş kartın ölçüsü bir qədər böyükdür. Qurğu 2017-ci ilin fevralında satışa çıxarılacaq. Hələ ki qiyməti açıqlanmayıb, amma güman etmək olar ki, ucuz olmayacaq. Qurğu ən aktiv səyahətlər zamanı məlumatların bütövlüyünü qorumaq məqsədilə möhkəm metal korpusla təchiz edilib. Fləş kart yalnız “USB 3.1” interfeysini dəstəkləyir, ona görə sizin noutbukunuz yalnız “USB-C” interfeysini dəstəklədiyi halda, müvafiq birləşdirici satın almalı olacaqsınız. (ictnews) / Teqlər : #Dünyada rekord tutuma malik fləş kart təqdim edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu ölkədə 16 milyon qəzet, 14 min saytın fəaliyyəti dayandırılıb Milyonlarla istifadəçi “WhatsApp”sız qalacaq