Dünyada ötən həftə şəkillərdə: 24 - 30 noyabr 2018

Dünyada ötən həftə şəkillərdə: 24 - 30 noyabr 2018

Bəzən, baş verənləri anlamaq üçün bir şəkil, bir cümlə də bəs edir. Ötən həftə dünyanın müxtəlif yerlərində baş verən hadisələri əks etdirən çoxsaylı şəkillərdən bəzilərini seçib diqqətinizə təqdim edirik.
 
Yəmənli ana Nadia Nahari-nin kəskin aclıqdan xəstə vəziyyətinə düşən beşyaşlı oğlunun çəkisi cəmi 5 kilodur. Hudeydə şəhərinin xəstəxanası.
 
 
Türkiyədə iğtişaş polisinin qadın əməkdaşı İstanbulun mərkəzində Qadınlara Qarşı Zorakılıq Əleyhinə Beynəlxalq Günü ilə bağlı keçirilən yürüşdə qadın fəallarla üz-üzə gəlib.
 
 
Sığınacaq axtarışında olan honduraslı qaçqın Maria Meza (ortada), beşyaşlı iki əkiz qızı ilə birliktə ABŞ sərhəd məntəqəsi önündə qaçqın kütləsinə atılan gözyaşardıcı qazdan qaçarkən. Tijuana, ABŞ-Meksika sərhədi.
 
Londonda Victoria və Albert Muzeyi: Bərpaçılar Roma Trayan Sütünu abidəsinin bir fraqmenti üzərində sərgidən qabağ iş aparırlar.
 
Filippində Andres Bonifacio-nun doğum gününün 155 illiyi münasibətilə fəallar Manilada ABŞ səfirliyi qarşısında prezident Rodrigo Duterte-nin müqəvvasını yandırırlar.
 
Misirdə Nil çayının qərb sahilində arxeoloqlar qədim dövrlərdən toxunulmamış vəziyyətdə qalan qıdim tabut aşkar edilib.
 
 

 

Google+ WhatsApp ok.ru