Dünya dillərinin qəribəlikləri

Bütün dünyada ümumilikdə 6 mindən artıq dil, o cümlədən müxtəlif dialektlər mövcuddur. Onların hər biri barədə maraqlı fakt söyləmək olar.
 
Maide.az bu faktlardan bəzilərini diqqətə çatdırır:
 
- Eston dilində ismin 14 halı var.
 
- Kambocada kximer əlifbası 76 hərfdən ibarətdir.
 
- Ərəb ölkələrində danışıq dili yazıdan xeyli fərqlənir. Məsələn, müxtəlif regionlarda danışıqlar fərqlənsə də, yazı Quran əlifbasına əsaslanır. Ərəb əlifbasını bütün Şimali Afrika ölkələrində, həmçinin bütün Ərəbistan yarımadasında oxuya bilirlər.
 
- Vyetnamda əsasən sedanq dilindən istifadə olunur. Bu dildə 50 sait var.
 
- Fransa ilə İspaniya arasındakı ərazilərdə yaşayan basklar yaxın ölkələrin dillərinə bənzəməyən və ümumiyyətlə heç bir hind-avropa dil ailəsinə aid olmayan bask dilində danışırlar.
 
- Çin yazısında heç bir durğu işarəsi yoxdur.
 
- Qafqazda 40 dil mövcuddur. Bu dillərə, həmçinin abxaz dili də daxildir. Abxaz dili cəmi iki saitə və 60 samitə malikdir.
 
- İndoneziya dilində sözün təkrarı cəm bildirir. Məsələn, “babi” donuz deməkdir, “babi-babi” isə donuzlar mənasını verir.
 
- Bir vaxtlar çox oxşar olan xorvat və serb dilləri eyni dil sayılırdı. Lakin xorvatlar latın, serblər isə kiril əlifbası ilə yazırlar. Maraqlıdır ki, bu xalqların dini əqidələri də müxtəlifdir.
 
- İngiltərədə fransız dili hələ 600 il bundan əvvəl rəsmi dil kimi tanınırdı.
 
- İllinoys ştatının qanunları danışıqda ingilis dilindən istifadəni qadağan edir. Bu ştatda rəsmi dil amerikan dili sayılır.

Google+ WhatsApp ok.ru