Dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib

Dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib

 
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib.
 
Verilən məlumata görə, bunlar Paraqvay və Rusiya yığmalarıdır.
 
Paraqvay 1/8 finalda penaltilər seriyasında təşkilatçı ölkə millisini üstələyib - 3:2.
 
Növbəti mərhələdə rəqib Braziliya - İran görüşünün qalibi olacaq.
 
Rusiya isə Vyetnamı darmadağın edib - 7:0.
 
Qonşu ölkə yığması 1/4 finalda İspaniya - Qazaxıstan matçının qalibi ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, digər 1/8 final görüşlərində Argentina Ukraynanı, İtaliya Misiri, Portuqaliya Kosta-Rikanı, Azərbaycan isə Tailandı sınağa çəkəcək. (report) /

Google+ WhatsApp ok.ru