Dünya fond bazarında əksər səhmlər ucuzlaşıb, qızıl bahalaşıb

Amerika fond bazarında Dow Jones indeksi 1,45% - 17 164,95 bəndədək, S&P 500 1,30% - 1 994,99 bəndədək, NASDAQ 1,03% - 4 635,24 bəndədək azalıb.
 
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,90% - 6 749,40 bəndədək, Almaniya DAX-ı isə 0,41% - 10 694,32 bəndədək, Fransa CAC-40-ı 0,59% - 4 604 25 bəndədək ucuzlaşıb.
 
Asiya fond bazarında Nikkei 225 indeksi 0,73% - 17 545,83 bəndədək, Hang Seng 0,32% - 24 428,49 bəndədək, Shanghai 1,13% - 3 174,18 bəndədək azalıb.
 
COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,70 dollar bahalaşaraq 1 280,20 dollara, gümüş isə 17,17 dollara satılıb.

Google+ WhatsApp ok.ru