Dünya şöhrətli film ilk dəfə Bakıda nümayiş olundu

Dünya şöhrətli film ilk dəfə Bakıda nümayiş olundu

-- “Məhəmməd (s) Allahın elçisi” filmi tamaşaçıları göz yaşı, sevinc və qürura qərq etdi

Dünən dünya şöhrətli  kinorejissor Məcid Məcidinin 8 il ərzində ərsəyə gətirdiyi, 50 milyon dollardan çox büdcəsi olan “Məhəmməd (s), Allahın elçisi” filmi Bakıda Nizami Kino Mərkəzində nümayiş olunub. 
 
Maide.Az xəbər verir ki,  ölkəmizdə keçirilən İran mədəniyyət günləri çərçivəsində baş tutan nümayişdə hər iki dövlətin mədəniyyət nazirləri, tanınmış kino və incəsənət xadimləri, media nümayəndələri və paytaxt sakinləri iştirak ediblər. 
 
Nümayişdən öncə keçirilən mərasimdə çıxış edənlər İran və Azərbaycan arasında bütün sahələrdə olduğu kimi mədəni əlaqələrin də yüksək səviyyədə olduğunu bildiriblər.
 
Qeyd olunub ki, son 40 ildə İran kinosu  dünya şöhrəti qazanmış və kinoya baxışda  yeni pəncərə  açmışdır. 
 
 
 
Tədbirdə çıxış edən filmin rejissoru Məcid Məcidi müəllifi olduğu  bədii film haqqında tamaşaçılara  maraqlı məlumatlar  verib. 
 
Bildirib ki,  Danimarkada təşkil edilən kino festivallarının birində ona mükafat təqdim olunması üçün həmin ölkədə səfərdə olub. “Həmin ərəfədə Danimarkada Peyğəmbərimizi (s) təhqir edən karikaturlara yayımlanmışdır.  Mən mükafatı təsis edən təşkilata  müraciət edən baş verən paradoksla bağlı izahat tələb etdim.  Dedim ki, necə olur siz həm mənə mükafat verirsiniz və həmdə ölkənizdə  mənim mənsub olduğum dinin müqəddəs dəyərləri təhqir olunur. Bu səbəbdən  verdiyiniz mükafatı qəbul etmirəm”. 
 
 
M.Məcidi onu da əlavə edib ki, sonradan tək etirazla deyil bu məsələyə  başqa aspektdən yanaşmaq barədə düşünüb.  “Çox fikirləşdim ki, nə etmək olar? Və nəticədə İslamın sülh və birləşdirici din olduğunu , Həzrət Peyğəmbərin (s) şəxsiyyətini tanıtmaq üçün  film çəkməyi qərara aldım. Düşündüm ki, bir çoxları bəlkədə İslam Peyğəmbərini (s) yetərincə tanımır, Onun necə mehriban, insanlığa sülh gətirən biri olduğunu, yaşam tərzini bilmir. Bütün bunları ümumiləşdirərək “Məhəmməd Allahın elçisi” filmini ərsəyə gətirdim.”
 
Rejissor onu da qeyd edib ki, bu gün istər xristian, istər yəhudi, istərsədə digər dinlərin özlərinə rəhbər bildikləri peyğəmbərlər haqında yüzlərlə film çəkilib. “Bu Budda haqında 42 film var, amma  İslam Peyğəmbəri (s) haqqında cəmi 2 film, biri 40 il öncə çəkilmiş “Çağrı” filmi və  digəri isə mənim çəkdiyimdir.Çox təssüf olsun ki, bizim ərsəyə gətirdiyimiz film bir çox ölkələr tərfindən bu günə kimi qəbul edilmir. Bu bir daha dünyanın  məsələlərə iki standartlarla yanaşması sübut edir.”
 
 
Daha sonra film tamaşaçılara nümayiş oldu. Yüksək qrafik qruluş və səs effektləri olan filmdə İslam Peyğəmbərinin (s) doğumu ərəfəsi və uşaqlıq, gənclik dönəmi öz əksini tapıb. 
 
Film sanki insanlarla interaktiv ünsiyyət qurur, onlara hadisələri canlı şəkildə  yaşamağa imkan verir. 
 
Qeyd edək ki, bəzi məqamlarda izləyicilər göz yaşlarına, bir sıra hallarda isə sevinc və qürura qərq olurdu. 
 
Nümayiş başa çatdıqdan sonar tamaşaçılar  filmi ayaq üstə alqışladılar. 
 
 
 

 

Google+ WhatsApp ok.ru