Dünya şöhrətli şair Məhəmməd Füzulinin xatirə gecəsi keçirilib 12 Yanvar 2019 15:07 Mədəniyyət Ötən gün Hövsanda Mirzağa Əliyev adına Mədəniyyət evində və kəndin Cümə məscidində vəfatının 463-cü il dönümü münasibəti ilə dünya şöhrətli Azərbyacanlı şair Məhəmməd Füzulinin xatirə gecəsi keçirilib. Maide.Az xəbər verir ki, tədbirdə filologiya üzrə fəlsəfə doktoru Vərağa Almazov aparıcılığı ilə baş tutub. Məsciddə keçirilən mərasim Qurani-Kərimin tilavəti ilə başlayıb. İlahiyyatçı alimlər və tədqiqatçılar İslam dininin Füzuli irsindəki bədii əksindən danışıblar. Şairlər və muğam ustadları şairin Əhli-beyt (ə) haqqında yazdığı şeir və qəzələri oxuyublar. Mədəniyyət ocağında keçirilən tədbirdə isə çıxış edən alimlər Füzuli sözünün incəliklərindən, ədibin ayrı-ayrı əsərlərini, o cümlədən də “Leyli Məcnun” və “Bəngü-Badə” poemasını ideya istiqamətindən və sənətkarlıq xüsusiyyətlərindən geniş şəkildə söz açıblar. Ədibin Azərbaycan, Şərq və dünya ədəbiyyatındakı öncül yeri ilə bağlı dərin mülahizələr söylənilib. Qeyd edək ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu, filologiya elmləri doktorları- İmamverdi Həmidov, Laləzər Əlizadə, Ataəmi Mirzəyev, Nəzakət Məmmədli, filologiya üzrə fəlsəfə doktorları-Zəkullah Bayramlı, Firudin Qurbansoy və başqaları iştirak edib. Teqlər : #Dünya,#şöhrətli,#şair,#Məhəmməd,#Füzulinin,#xatirə,#gecəsi,#keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tehran teatrında Azərbaycan tamaşasına böyük maraq
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək