Dünya şöhrətli geyim firmaları hicab və İslami geyimlərin istehsalını artırıb

Dünya şöhrətli geyim firmaları hicab və İslami geyimlərin istehsalını artırıb

"Burberry", "Dolce & Gabbana", "DKNY", "D&G"  və "Zara" kimi  Dünya şöhrətli geyim firmaları hicablı qadınlar üçün nəzərdə tutulmuş geyimlərin istehsalını artırıb
 
Maide.Az “aljazeera”ə istinadla xəbər verir ki, dünya şöhrətli geyim firmaları müxtəlif ölkələrin xalqlarının zövqünə uyğun geyimlər istehsal etməyi planlaşdırır. 
 
Məlumata görə, qadınlar üçün İslami geyimlərinin istehsalı sahəsinə ilk sıralarda Türkiyə, daha sonra  BƏƏ və İndoneziya gəlir. 
 
Qeyd edək ki, “Rev” Araşdırma Mərkəzinin məlumatına görə,  2050-ci ilədək  müsəlmanların sayı   2, 7 milyard nəfərə çatacaq. 
 
Həmçinin hesablamalara görə, hicab və islami qadın geyimlərinə hər il 5 faiz daha çox vəsait xərclənilir.  2023-cü ildə  bu rəqəmin 361 milyard dollar təşkil ediləcəyi bildirilir. 
  
 

Google+ WhatsApp ok.ru