Dünya ictimaiyyəti rohingiyalı uşaqların qətliamına etiraz edir

Dünya ictimaiyyəti rohingiyalı uşaqların qətliamına etiraz edir

Ötən gün Almaniyanın paytaxtı Berlində yüzlərlə insan Myanmar səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçirib.
 
Maide.Az xəbər verir ki, onlar Onlar Myanmarda müsəlmanların qətliamını pisləyib və müsəlmanlara qarşı soyqırımın dayandırılmasını tələb edib. 
 
Etiraz aksiyasının sonunda qətnamə qəbul olunub. Qətnamədə rohingiyalı müsəlmanlara qarşı törədilmiş cinayətlər göstərilib və onların dayandırılması tələb olunub. “Vətəndaşlıq hüquqlarının olmaması, müsəlmanların məcburi işçi qüvvəsi kimi istifadəsi, həbsi, işgəncəsi, betondan ev tikmə hüquqlarını olmaması və yalnız ağacdan ev tikmə hüququna malik olmaları, müstəqil iqtisadi fəaliyyət hüquqlarının olmaması və buddistlərlə məcburi şəriklik, təhsil hüququnun olmaması, dövlət işində işləmə hüququnun olmaması, telefona, kompüterə və avtomobilə sahib olma hüququnun olmaması, şəhərdən çıxmaq üçün icazə almaq və rohingiyalı müsəlmanların digər bu kimi problemləri həmin qətnamədə göstərilib və onların ləğvi tələb olunub”. 
 
Qeyd edək ki, ötən gün oxşar etiraz aksiyası İndoneziyanın paytaxtı Cakarta şəhərində Myanmar səfirliyi önündə təşkil olunub. İndoneziyalı müsəlmanlar Myanmarda müsəlmanların qətliamını pisləyib. 
 
Digər ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, İran və s. ölkələrdə də Myanmar təhlükəsizlik qüvvələrinin rohingiyalı müsəlmanlara qarşı törətdiyi cinayətlərə etiraz əlaməti olaraq etiraz aksiyaları keçirilir. 
 

Google+ WhatsApp ok.ru