Dünya liqasında ilk dəfə İranın milli voleybol komandası finala vəsiqə qazanıb

İranın milli voleybol komandası dünya voleybol liqasında Polşa komandasını udaraq finalına yüksəlib. Maide.az-ın İran xəbər saytlarına istinadən məlumatına görə,İranın voleybol üzrə yığma komandası dünən maraqlı bir oyun nümayiş etdirərək Polşa komandasını 3-0 hesabı ilə məğlub edib.

Tehranın 12 min nəfərlik Azadi İdman-Kompleksində keçirilən matçda tamaşaçılar maraqlı oyun izləyiblər. İran milli voleybol komandası bu qələbə ilə birlikdə 19 xal toplayıb, Braziliya və Polşanı 8 xal qabaqlayıb və İtalya ilə eyni xalı paylaşır. Həm İran və həmdə İtalya voleybol yığması ötən 10 turda 6 qələbə və 4 məğlubiyyəti təcrübə ediblər.

Qeyd edək ki, bu qələbədən sonra İran prezidenti Həsən Ruhani voleybolçuları qələbə münasibəti ilə təbrik edib.

Google+ WhatsApp ok.ru