Dünya ölkələri Ramazana necə hazırlaşır?

Dünya ölkələri Ramazana necə hazırlaşır?

 
Bir neçə gündən sonra müqəddəs Ramazan ayı başlayır. Artıq dünyanın əksər ölkələrində Ramazan ayına hazırlıq prosesi  davam edir. 
 
Maide.Az  xəbər verir ki, Avropa ölkələrində yaşayan müsəlmanlar Ramazanla bağlı  posterlər hazırlayaraq  şəhərdə hərəkət edən avtobusların üzərində reklam lövhələrinə  bunu yerləşdirirlər. 
 
Həmçinin  qonşu İran və Türkiyə də  Ramazanla bağlı  xüsusi  proqramlar həyata keçirilir.  Məscidlər, ziyarətgahlar və digər ibadət yerləri təmizlənir və müqəddəs ayda  insanlara daha yaxşı xidmət göstərmək məqsədilə işlər aparılır. 
 
 
 
Bu arada Özbəkistan prezidenti  Şəfqət Mirzəyev bu gün Ramazan ayı ilə bağlı xüsusi sərəncam imzalayıb. Sərəncamda  dövlət idarələrinin  Ramazan ayı boyunca aztəminatlı ailələrə  yardımların gösətirlməsi  nəzərdə tutulub.  
 
 
Birləşmiş Ərəb Əmirliklərində isə Ramazan ayı boyunca  rəsmi olaraq iş saatları  azaldılıb.  Buna səbəb isə insanların  isti havada daha az əziyyət çəkməsini təmin etməkdir.  
 

Google+ WhatsApp ok.ru