Dünya müsəlmanlarına çağırış

Dünya Müsəlman Alimlər Birliyi Qüdsdə yerləşən Məscidi Əqsanın qorunması üçün bütün müsəlmanlara çağırış edib.
Birliyin rəhbəri Yusi əl-Qaradavi və Birliyin icraçı direktoru Əli Qaradağinin imzası ilə yayılan açıqlamada müsəlmanların İsrailin hərəkətlərinə qarşı səssiz qalmamalarının vacib olduğu qeyd edilib.
Açıqlamada qeyd edilib ki, “Məscidi Əqsanın qorunması üçün bütün müsəlmanları səfərbər olmağa çağırırıq. Ərəb və İslam ölkələrinə Məscidi Əqsanı qorumaq üçün üzərlərinə düşən tarixi məsuliyyəti yerinə yetirməyə çağırırıq.
Məlumat üçün bildirək ki, Qüdsdə yerləşən Məscidi Əqsa müsəlmanları ilk qibləsidir. Yəhudilər Məscidi Əqsanın altında Süleyman Məbədinin qalıqlarının olduğunu iddia edərək burada qazıntılar aparır.
Xatırladaq ki, 10 gündən çoxdur ki, İsrail əsgərləri fələstinliləri Məscidi Əqsaya girişinə qadağa qoyub. Bundan başqa, Qüdsdə yəhudilərin sayını artırmaq istəyən İsrail höküməti yeni 1000 binanın tikintisinin aparılması üçün əmr verib.İslamazeri.Az   /
 

Google+ WhatsApp ok.ru