Dünyanın 41 ölkəsində “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans keçiriləcək

Dünyanın 41 ölkəsində “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans keçiriləcək

“İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans  bu il İranda və dünyanın 41 ölkəsində keçiriləcək.
 
Maide.Az xəbər verir ki, bunu Həzrət Əli Əsğər (ə) Ümumdünya Assambleyasının katibi Davud Mənafipur deyib. 
 
D.Mənafipur deyib ki, bu assambleya Hindistan, Rusiya, Nigeriya və Rusiyanın Dağıstan Muxtar Respublikasında fəaliyyətinə başlayıb. “Assambleyada strateji araşdırmaların idarə olunması üzrə departament yaradlıb. Şiə, sünni, hətta xristian ziyalıları dəvət etməklə həzrət Əli Əsğər (ə) haqqında maarifləndirmə işlərini daha da inkişaf etdirməyə çalışırıq. Elə bu məqsədlə Hüseyn (ə) ərbəinindən sonra Əli Əsğər (ə) Ümumdünya Assambleyası alimləri və üzvlərindən ibarət heyət Vatikana yola düşəcək”.
 
O deyib ki, konfransın nəzirnaməsi azərbaycan, rus, ərəb, ingilis, türk və s. dillərə tərcümə olunub. Südəmərlər Konfransı İranda 4000, İraqda 300, Rusiyada 35, Ərəbistanda 15 və ABŞ-da 25 toplantı ilə keçiriləcək. 
 
D.Mənafipur Həzrət Əli Əsğər (ə) Ümumdünya Assambleyasının doktrinasını təqdim edib və deyib: Bu doktrinada bildirilir ki, Kərbəla şiənin həyatı, Həzrət Əli Əsğər (ə) isə Kərbəlanın həyatıdır. Bu doktrina üç gün öncə İslam İnqilabının Böyük Rəhbərinin ofisinə təhvil verilib.
 
O əlavə edib ki, assambleya həzrə Əli Əsğər (ə) Uşaqları  adında  xəstəxana açmaq niyyətindədir.  Bu xəstəxananın tikilməsi üçün xeyriyyəçilərdən kömək istənilib.
İranda 70 məkanda bir milyondan çox südəmərlər paltarları tikilib və Avropa, Afrika, hətta uzaq şərqə göndərilib.
 
Qeyd edək ki, hər il Məhərrəm ayının ilk cümə günü İranda və bütün dünyada “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfransı keçirilir. Bu konfransın iştirakçıları südəmər körpələr və onların analarıdır. 
 

Google+ WhatsApp ok.ru