Dünyanın 45 ölkəsində ‘İmam Hüseynin (ə) südəmər körpələri’ adlı konfrans keçiriləcək

Dünyanın 45 ölkəsində ‘İmam Hüseynin (ə) südəmər körpələri’ adlı konfrans keçiriləcək

 
“İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans  bu il İranda və dünyanın 45 ölkəsində keçiriləcək.
 
Maide.Az xəbər verir ki, bunu Həzrət Əli Əsğər (ə) Ümumdünya Assambleyasının katibi Davud Mənafipur deyib. 
 
O bildirib ki, İranda bu il  konfrans Tehranda 100 min nəfərlik tutumu olan “Azadi” stadionunda və digər şəhər və rayonlarda təşkil olunacaq. 
 
D.Mənafipur deyib ki, konfransın nəzirnaməsi azərbaycan, rus, ərəb, ingilis, türk və s. dillərə tərcümə olunub. Südəmərlər Konfransı İranda 6000, İraqda 300, Rusiyada 35, Ərəbistanda 15 və ABŞ-da 25 toplantı ilə keçiriləcək. 
  
Südəmər körpələr üçün İranda 72 geyim istehsalı sexi və Türkiyə, Bəhreyn və  İraqda 3 geyim sexi  geyimlər hazırlayıb.  Geyimlər konfransın 13 dilə tərcümə olunmuş nizamnaməsi ilə birlikdə  müxətlif ölkələrə göndərilib. 
 
Qeyd edək ki, hər il Məhərrəm ayının ilk cümə günü İranda və bütün dünyada “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfransı keçirilir. Bu konfransın iştirakçıları südəmər körpələr və onların analarıdır. 
 

Google+ WhatsApp ok.ru