Dünyanın 46 ölkəsində ABŞ-a qarşı ETİRAZ

Dünyanın 46 ölkəsində ABŞ-a qarşı ETİRAZ

-- “Nəkbə` (Böyük fəlakət) günü

Bu gün Fələstinin işğalının 70-ci il dönümündə ABŞ-ın səfirliyi Qüdsə köçürmə qərarınadünyanın 46 ölkəsində keçiriləcək aksiyalarla etiraz ediləcək.
 
Maide.Az “Dünya Bülteni”ə istinadən xəbər verir ki, bu barədə Fələstinli Qüvvələr və Fəaliyyətləri Təşkilatının baş koordinatoru İsam Əbubəkr danışıb.
 
“Ərəb ölkələri də daxil olmaqla, dünyanın 46 paytaxtında insanlar ABŞ-ın Qüdsü işğalçı rejimin “paytaxt”ı olaraq tanımasına və Təl-Əvivdəki səfirliyin buraya köçürülməsinə qarşı etiraz edəcəklər.
 
Onun sözlərinə görə, bu gün həmçinnin fələstinin işğal olunmuş ərazilərində  Qəzza, Qərbi Şəriyədəki şəhər mərkəzlərində  və Qüdsdə  də etiraz aksiyalarə  keçiriləcək və bu aksiyalara yüz minlərlə fələstinlinin qatılacağı gözlənilir. 
 
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını və Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verdiyini açıqlamışdı.
 
Trampın qərarına qarşı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Türkiyənin təşəbbüsüylə hazırlanan Qüdsün statusuna dair "İsrailin İşğal Altındakı Şərqi Qüds və Fələstin Torpaqlarındakı Fəaliyyəti" adlı qətnamə layihəsi ABŞ-ın təhdidlərinə baxmayaraq, 21 dekabr 2017-ci ildə 9-a qarşı 128 səslə qəbul edilmişdi. Səsvermədə 35 ölkə isə bitərəf qalmışdı.  
 
Sionist İsrail 14 may 1948-ci ildə Fələstin torpaqlarını işğal edərək dövlət qurduqlarını elan ediblər. Bu gün  “Nəkbə" (Böyük fəlakət) günü adlandırılır. Bu hadisədən sonra fələstinlilər dogma torpaqlarından didərgin salınıb. Geridə qalan illərdə 531 kənd etnik təmizləməyə məruz qalıb.
 
Qəzzada HƏMAS bəyanat yayaraq 14-15 may günlərində  xalqı İsrailin qurduğu sərhədlərə doğru axışmağa və növbəti yüzminlik “Dönüş Yürüşünü” həyata keçirməyə çağırıb.
 
Fələstinlilərin bəyanatında gəlib ki, onlar heç vaxt Qüdsdən və işğal edilmiş torpaqlarından əl çəkməyəcəklər.
 
Fələstin Muxtariyyəti də Ərəb Dövlətləri Liqasını təcili toplantı keçirməyə çağırıb.
 

 

 
 

 

Google+ WhatsApp ok.ru