Dünyanın ən iri bankı müsəlmanların hesabını dondurdu - Qəzzaya yardıma görə

Dünyanın ən böyük banklarından olan HSBC İngiltərədəki müsəlman təşkilatlarının və şəxslərin bank hesablarını dondurmağa qərar verib.
 
Avropa.info xəbər verir ki, belə bir sensasion iddia ilə İngiltərə mətbuatı çıxış edib. Bankdan yayılan açıqlamada isə, hesabların etnik və dini səbəblərə görə dondurulmadığı, bankın risq siyasətinə görə olduğu bildirilib.
 
BBC-yə danışan bir hökumət təmsilçisi isə, qərarın siyasətlə əlaqəli olmadığını, bankın öz qərarı olduğunu açıqlayıb. 
 
Ummah Velfare Vəqfi  də HSBC ilə iş quran qurumlardandır. Təşkilat 20 ölkəyə 70 milyon funt-sterlink civarında yarım kerçəkləşdirir. Vəqfin rəhbəri Məhəmməd Əhməd bank hesablarının hansı səbəbdən dondurulduğunu bilmədiklərini deyib. HSBC-nin bu qərarını şərh edən Əhməd bankın bu addımı Qəzzaya edilən yardımların qarşısını almaq məqsədi güddüyünü bildirib.

Google+ WhatsApp ok.ru