Dünyanın ən böyük ticarət mərkəzi Dubayda inşa ediləcək

2015-ci il üçün Dubayda "The Mall of the Worl"  adı ilə tanınacaq nəhəng ticarət mərkəzin tikintisinin başlanması planlaşdırılır. Bu ticarət mərkəz  "The city under a roof"  ( Dam altında Şəhər) adlı layihənin bir hissəsi olacaq.

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, hal-hazırda da dünyanın ən geniş ticarət mərkəzi Dubayda yerləşən  Dubai Mall sayılır. Ötən il ərzində 75 milyon insan bura axın edib. Yeni ticarət mərkəzinə isə hər il 180 milyon insanın səfər edəcəyi gözlənilir.

Nəhəng ticarət mərkəzinin tikinti layihəsini Dubai Holding şirkəti maliyələşdirir. Hazırda aparıcı ekspertlər layihə haqda məsləhətləşmələr aparır. Ticarət mərkəzindən başqa "The city under a roof" layihısi çərçivəisndə yüzdən artıq otel, 7 km uzunluğunda piyada yollar, tibb mərkəzləri  və çox sayda əyləncə mərkəzlərinin tikintisi nəzərdə tutulub. Dünyada ən böyük qapalı ailə əyləncə mərkəzinin burada tikilməsi  planlaşdırılır. Bu əyləncə mərkəzi  üstü acılan günbəzlə təchiz olunacaq və mülayim havalarda əyləncə mərkəzinin üstü acılacaq.
Bu ideyaların reallaşmasına 6,8 milyard dollar hesablanıb.  Yeni mərkəzin yaradılmasına 4,5 milyon kvadrat metr yer nəzərdə tutulub. Ekspertlərin fikrincə, mərkəzin tam hazır olması 10 ilə yaxın vaxt aparacaq.

 

Google+ WhatsApp ok.ru