Dünyanın ən hündür qapıları - Məscid əl-Həramda

Məscid əl-Həram ərazisində yeni tikilmiş qapıların bu il həcc mərasimində rəsmi açılışı oldu. Onlar dünyada ən hündür məscid qapısı sayılırlar.
Maide.az-ın məlumatına görə, İki nəhəng minarəli qapı Məscid əl-Həramın əsas giriş qapılarındandır. Müasir memarlıq üslubunda, islami naxışlarla, iri işıqlarla bəzədilmiş qapılar ilk baxışdan insanları valeh edir.
İçəri divarlar və tavan Quran ayələri ilə bəzədilib. Görünüşcə qədimi qapıların üslubunu xatırladır. Yeni qapılar, məscidin şimal girişinin yeni ərazisində yerləşir.
Yeni giriş qapıları ictimai nəqliyyat dayanacaqlarına yaxın ərazidədir. Onlar artıq turistlərin ən sevimli yerlərindən birinə çevrilib. //

 

Google+ WhatsApp ok.ru