Dünyann ən bahalı ayaqqabısı

Dubayda İnternational Jewellery Week 2014 sərgisi çərçivəsində dünyanın ən bahalı ayaqqabısı nümayiş olunur.

Maide.az-ın məlumatına görə, ayaqqabı 1,527 min karat briliyantla bəzədilib, üzərində qızıldan bəzəklər və 40 növ brilyant növü var.

Bu qadın ayaqqabısının qiyməti 11,3 milyon dirhəm, yəni 3,1 milyon dollardır.

Bundan əlavə, sərgi iştirakçılarına unikal gəlinlik boyunbağısı göstəriləcək.

 Zümrüd və sapfirdən bəzədilən boyunbağı 170 min dollar məbləğində dəyərləndirilir.

Sərgi Dubayın beynəlxalq ticarət Mərkəzində dekabrın 3-dən 6-dək keçirilir./

Google+ WhatsApp ok.ru