Dünyanın ən qorxunc zindanları İsrail zindanlarıdır

Dünyanın ən qorxunc 10 zindanı ilə İsrail zindanları arasında aparılan müqayisə zamanı aydın olur ki, İsrail zindanlarında saxlanılan fələstinlilər dünyanın ən ağır və dözülməz şəraitinə malikdirlər.
 
Maide.az xəbər verir ki, Fələstinli Əsirlər Araşdırmalar Mərkəzinin verdiyi məlumata görə, Bu zindanlar arasında Amerikada yerləşən "Alkatras" və " Sen Kvintin" zindanlarını və Kubada yerləşən "Quantanamo" zindanını, Fransada "Sent" zindanını və Argentinada "Mintoza" zindanını məhbusların saxlanılması şəraiti baxımından ən pis şəraitə malik zindanlar adlandırmaq olar.
 
Araşdırmalara əsasən, İsrail zindanları bütün bu qorxunc zindanların hər birində olan mənfi göstəricilərin hamısına bir yerdə malikdir və dünyanın ən qorxunc zindanları işğalçı rejimin zindanlarıdır.
Hazırda İsrail zindanlarında təqribən 7000 fələstinli əsir ən ibtidai hüquqlarından belə məhrum  edilərək saxlanılır. /
 

Google+ WhatsApp ok.ru