Dünyanın ən yaxşı Quran qarisini seçmək üçün online yarış keçirilir

Dünyanın müxtəlif ölkələrindən 80 Quran qarisi  online sorğu vasitəsi ilə internetdə keçirilən yarışda iştirak edərək “Dünya qarisi” ləqəbi uğrunda mübarizə aparır.

Maide.az xəbər verir ki, bu internet yarışması Bəhreyndə 2015-ci ilin sentyabr ayından başlayıb.  İştirak etmək üçün ilk öncə qarilər müxtəlif ölkələrdən bu internet ünvanında (https://www.quran.bh/ar/home)  qeydiyyatdan keçir.

Qeydiyyatdan keçən qarilər e-mail vasitəsi ilə Quran tilavətini (səs vəya video) yarışı keçirən şəxslərə göndərir.

Bəhreynin daxilində və xaricindən olan hakimlər komitəsi göndərilən tilavətləri dəyərləndirir və təcvid və oxunuşun düzgünlüyü ilə bağlı lazimi səs toplamış (90 faiz) tilavətlər  internetdə yerləşdirilir və insanlar səsvermədə iştirak edərək dünyanın ən yaxşı qarisinə səs verirlər.

Bu yarışda bir nəfər dünyanın ən yaxşı qarisi seçilərək qalib gələcək. Qalibə  rəsmi tədbirdə ona hədiyyələr təqdim olunacaq.

Hazırda  dünyanın müxtəlif bölgələrindən 80  qarinin adı yarışın internet səhifəsində (https://quran.bh/ar/competitors/first-stage-qualifiers )  yerləşdirilib.

Müsabiqə təşkilatçıları  mart ayının sonlarında iştirakçılar arasından ən çox səs toplamış 5 nəfəri seçəcək və onlar arsından da indanlar tərəfindən kim daha çox səs toplayarsa qalib elan olunacaq.

Yarışın keçirilməsindən məqsəd müxtəlif təbəqələrdən olan insanları Quran oxumağa və dinləməyə  təşviq etməkdir./

 

Google+ WhatsApp ok.ru