Dünyanın ən böyük vertolyotunu 20 metr sürüdü - VİDEO

Dünyanın ən böyük vertolyotunu 20 metr sürüdü - VİDEO

Belarus pəhləvanı Kiril Şimko dünyanın ən böyük vertolyotu olan Mi-26-nı 20 metr dartıb.
 
Maide.Az xəbər verir ki,  Şimko bu nömrəni Minskin Lipki aerodromunda - aviasiya idmanı festivalında yerinə yetirib.
 
Belarus Fövqəladə Hallar Nazirliyinə aid olan vertolyotun çəkisi 28,2 ton təşkil edir.
 
Qeyd edək ki, Şimko müxtəlif texnikaların hərəkətə gətirilməsi üzrə nailiyyətləri ilə məşhurdur. O, daha əvvəl 150 tonluq təyyarə, T-34 tankı, BelAZ avtomobili və 118 tonluq özüboşaldan kranı hərəkətə gətirib. (presstv)
 

Google+ WhatsApp ok.ru