Dünyanın ən yaxşı klub, məşqçi və futbolçusu adına namizədlər açıqlanıb

Dünyanın ən yaxşı klub, məşqçi və futbolçusu adına namizədlər açıqlanıb

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EPAA) birgə təsis etdiyi “Globe Soccer Awards” mükafatına namizədlər açıqlanıb. Verilən məlumata görə, mükafat üç nominasiyada sahibini tapacaq.
 
İlin futbolçusu mükafatına portuqaliyalı Kriştianu Ronaldo, argentinalılar Lionel Messi və Qonzalo İquain, uelsli Qaret Beyl, fransalı Antuan Qrizmann, həmçinin ingiltərəli Ceymi Vardi iddia edir.
 
2016-cı ilin ən yaxşı komandası adına İspaniya təmsilçiləri “Real”la “Sevilya”, İsveç “Molde”si, İngiltərə “Lester”i və Polşa “Legiya”sı iddialıdı. İlin məşqçisi nominasiyasında isə 5 namizəd yer alıb. Bunlar Portuqaliya millisinin çalışdırıcısı Fernandu Santuş, “Real”lı Zinəddin Zidan, “Lester”li Klaudio Ranyeri, həmçinin Unay Emeri (PSJ) və Massimiliano Alleqridi (“Yuventus”).
 
Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-28-də Dubayda keçiriləcək. (apa) /

Google+ WhatsApp ok.ru