Dünyanın ən böyük toplantısı – ƏRBƏİN yürüşündə bəyanat imzalanadı-FOTO

Dünyanın ən böyük toplantısı – ƏRBƏİN yürüşündə bəyanat imzalanadı-FOTO

Ərbəin yürüş iştirakçıları tərəfindən dünyanın ən böyük toplantısının mesajını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə bəyanat imzalanıb. 
 
Maide.Az xəbər verir ki, bəyanatı yürüşdə iştirak edən milyonlarla insan imzalayıb. 
 
Bəyanatda dünya xalqlarına səslənərək bildirilib ki, Ərbəin zəvvarları məzlumu dəstəkləmək və zalıma qarşı mübarizə aparmaqda ciddi qərarlıdır. Dünyanın hər bir yerində zülm olunarsa Ərbəin zəvvarları məzlumun yanında zalımla mübarizədədir. 
 
Bəyanatın mətni Nəcəf-Kərbəla yolunda 902-ci sütunun qarşısında “Müqavimət gəncləri” mokibində 6 dildə (ərəb, fars, urdu, türk, ingilis və fransız dillərdə) asılıb və zəvvarlar onunla tanış olur. 
 
Bundan başqa  İnstaqramda və Telegram “Global letter of Arbaeen” səhifələrində hər 6 dildə bəyanatın tam mətni nəşr edilib. 
 
Maide.Az bəyanatın mətninin qısaldılmış formasını təqdim edir: 
“Ərbəin yürüş iştirakçılarından dünya xalqlarına çağırış” adı ilə yayımlanan bəyanatda bildirilir ki, bu məktub  dünyanın ən böyük toplantısından, yür kürəsi sakinlərinə bir dəvətdir. “Biz yer kürəsinin dörd bir yanında milyonlarla Hüseyn (ə) aşiqləri birlikdə  insanlıq tarxinin ən böyük anma mərasiminə qatılıb ayaq yalın Kərbəlaya getdiyimiz bu anlarda  dünyada həzrət Adəm övladlarından müxtəlif  irq, millət və dindən olan insanlar dünyanın müxtəlif bölgələrində bir çox  zülmlər, acılar, məhrumiyyətlər  və ədalətsizliklərə məruz qalır. Bu gün hegemon güclər xalqların mədəni, ictimai, iqtisadi və siyasi həyatlarına müdaxilə edir, öz mənafeləri uğrunda xalqlara zülmlər edirlər.
Əlinin (ə) şəhəri Nəcəfdən Hüseynin (ə) şəhəri Kərbəlaya yürüş edən biz Ərbəin yürüşçülərinin ən böyük arzusu Əlinin və Hüseynin yolunun davamçısı olmaqdır.  
Həzrət Əlinin mücadilə dolu həyatının son anlarında buyurduğu “Zalıma düşmən və məzluma yardımçı olun” kəlamını özümüz üçün bələdçi seçmişik.  
Necə ki, Hüseyn (ə) bu yolda ödəniləcək ən böyük bədəl, yəni ölüm haqqında belə buyurub: “Haqqı dirçəltmək və izzətə çatmaq yolunda ölüm necə də asandır?!”
Gəlin ey qardaşlar! Zalıma düşmənçilikdə və məzluma yardım etməkdə, bu böyük vəzifəni yerinə yetirməkdə bədəl ödəməkdən qorxmayaq. Harda olursa olsun, hansı dindən və məzhəbdən olursa olsun, hansı irqdən və rəngdən olursa olsun zalım qarşısında susmamamaq, diqqətsiz qalmamaq və mümkün olan hər formada qarşısında duraq".
 
 
 
اربعین
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru