Dünyanın ən balaca raketinin kosmosa buraxılışı baş tutmayıb

Dünyanın ən balaca raketinin kosmosa buraxılışı baş tutmayıb

Yaponiyanın JAXA aerokosmik agentliyi dünyanın ən kiçik raket daşıyıcısının buraxılmasını hələlik məlum olmayan səbəblərdən təxirə salıb.
Raketin buraxılması saat 08:48-ə (Bakı vaxtı ilə 03:48) təyin olunmuşdu və canlı yayla yayımlanırdı, lakin nəzərdə tutulan starta bir neçə dəqiqə qalmış işə salınma təxirə salınıb. 
 
Raketin hündürlüyü 9,5 metr, diametri 50 santimetr, çəkisi - 2,6 ton təşkil edir. JAXA-nın məlumatına görə, dünyanın ən kiçik raket daşıyıcısı olan SS-520-4 orbitə süni peyk çıxarmaq qabiliyyətinə malikdir. Yer səthinin müşahidəsini aparacaq peykin ölçüləri azdır : çəkisi 3 kiloqram, parametrləri 11,66 x 11,6 x 34,6 sm.
 
Raket daşıyıcısı və peykin ölçüləri onun hazırlanması və işə salınması üçün xərcləri on dəfə azaltmağa imkan verib. Məbləğ cəmi 400 milyon iyen (təxminən 3,47 milyon dollar) təşkil edib.
 
RT-saytı raketin buraxılışının təxirə salınmasına səbəbin güclü külək olduğunu qeyd edib. (islaminsesi) /

Картинки по запросу SS-520-4

Google+ WhatsApp ok.ru