Dünyanın ən qoca akvarium balığı ölüb

Dünyanın ən qoca akvarium balığı ölüb

Granddad ləqəbli balığın 90-dan çox yaşı varmış
 
ABŞ-ın Çikaqo ştatındakı okeanariumda dünyanın ən qoca akvarium balığı ölüb.
 
"Report"un məlumatına görə, bu barədə "Sky News" xəbər verib.
 
Məlumata görə, "Granddad" (Baba) ləqəbli balığın 90-dan çox yaşı varmış. On bir kiloqramlıq balığın ötən həftə iştahı pozulub. Mütəxəssislər onu müayinə etdikdən sonra heyvanın daxili orqanlarının yaxşı fəaliyyət göstərmədiyini bildiriblər. İdarənin əməkdaşları əmindirlər ki, onun 100-ə yaxın yaşı varmış.
 
Qeyd edək ki, dünyanın ən qoca akvarium balığı 1933-cü ildə Avstraliyadan ABŞ-a gətirilib. Həmin vaxt ona 100 milyondan çox insan tamaşa edib. /

Google+ WhatsApp ok.ru