Dünyanın ən uzun əza bayrağı İmam Hüseynin (ə) hərəmində

Dünyanın ən uzun əza bayrağı İmam Hüseynin (ə) hərəmində

-- Bu bayraq İraq xalqının daha çox və dərin bir-birinə bağlanmasının, vəhdət və həmrəyliyinin nişanəsidir.

Ərbəin gününə  sayılı günlər qalmış  üzərində “الحسین یوحدنا”  (Hüseyn bizi birləşdirir)  yazılı 4000 metrlik bayraq artıq İmam Hüseyn (ə) hərəmindədir. 
 
Maide.Az İranın “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki,  “Qəm-kədər bayrağı” adlanan bu 4000 metrlik bayrağın daşınmasında İraqın Diyale vilayətinin müxtəlif tayfalarına və qəbilələrinə mənsub olan sünni, siə, xristian, ərəb, kürd, türkmən və habelə dini mütəfəkkirlər, ziyalılar, qəbilə başçıları, təhlükəsizlik qüvvələri və xalq könüllüləri iştirak edib. Onlar bununla öz vəhdətlərini nümayiş etdirirlər. 
 
Məlumatda bildirilir ki, bu bayraq İraq xalqının daha çox və dərin bir-birinə bağlanmasına və həmrəyliyinə, eləcədə düşmənçilik və məzhəb bölgüsünün aradan qaldırılmasının nişanəsidir. 
 
Bayraqla yanaşı İraqın terrorçulardan təmizlənməsi zamanı şəhid olmuş Diyale əyalətinin  şəhidlərinin şəkilləri də daşınıb. 
 
Qeyd edək ki, artıq 5 ildir ki,  İraqın Diyale əyalətinin əhalisi  bu bayrağı öz əyalətlərindən İmam Hüseynin (ə) hərəminə kimi dayışırlar. Bu bayraq dünyada  İmam Hüseynin (ə) əzadarlığı üçün daşınan ən uzun bayraq adlandırılıb. 
 

Google+ WhatsApp ok.ru