Dünyanın ən bahalı Quran nüsxəsi

Dünyanın ən bahalı Quran nüsxəsi

-- Qətərdə keçirilən kitab sərgisində nümayiş olunur

Dünyanın ən bahalı Quran nüsxəsi Qətərdə keçirilən beynəlxalq kitab sərgisində  nümayiş olunur. 
 
Maide.Az “İqna”-a istinadən xəbər verir ki,  Qətər dünya incəsənət və mədəni  irs müəssisəsinin rəhbəri Müslim Saqa Amini deyib ki, nümayiş olunan Quran nüsxəsinin qiyməti 3 milyon Qətər rialıdır. 
 
O deyib ki,  bizim müəssisəmizdə  çox nadir və qədim əlyazma Quran nüsxələri mövcuddur. “Onlardan biri də  nümayiş olunan bu qədimi Qurandır. Nümayiş olunan bu Quranın 400 ildən çox tarixi var və tək nüsxədir. Quran I Səlimə (Yavuz Sultan Səlimə) hədiyyə olunmuş Quran nüsxəsidir”. 
 
M.Saqa Amini həmçinin qeyd edib ki,  hazırda rəhbəri olduğu müəssisədə  dünyanın ən nadir kitablarından olan İncil kitabına da sahibdir.  “Bu İncilin 700 ildən çox tarixi var və dəri üzərində yazılıb.  Onun üzərində  müxtəlif şəkillərdə mövcuddur.”
Qeyd edək ki,  Qətər beynəlxalq kitab sərgisi  noyabr ayının 29-da başlayıb və dekabr ayının 5-dək davam edəcək. Sərgidə  dünyanın 29 ölkəsindən 355 nəşriyyat müəssisəsi iştirak edir. 
 

Google+ WhatsApp ok.ru