Dünyanın ən bahalı ekoloji cəhətdən təmiz məscidinin inşası davam etdirilir - FOTO

Dünyanın ən bahalı ekoloji cəhətdən təmiz məscidinin inşası davam etdirilir - FOTO

-- Məsciddə eyni anda 1000 nəfər namaz qıla biləcək

İngiltərənin Kembric (Cambridge) şəhərində tikintisi aparılan dünyanın ən bahalı ekoloji cəhətdən təmiz məscidinin inşası davam etdirilir. 
 
Maide.Az “cambridge” saytına istinadən xəbər verir ki, şəhərin cənubunda inşa olunan ekoməscidin tikintisi 2016-cı ildə başlayıb.  Məscidin tikintisi  üçün 15 milyon funt-sterlinq vəsait sərf olunacaq.  Məscid Mill Road xiyabanında yerləşir və məsciddə eyni anda 1000 nəfər namaz qıla biləcək. 
 
Məlumata görə, hazırda məscidin tikintisinin ikinci mərhələsi aparılır.  Məscidin üzərinə qızıl rəngdə günbəz quraşdırılıb. “Məscidin əsas binasında ağacdan hazırlanan hissələrdə iş sona çatıb. Bu həftə məscidin əsas binasında mərkəzi salonun içərisində , yeməkxana və təhsil müəssisəsinin tikinti işləri başlanacaq”. 
 
Qeyd edək ki, məsciddə  iki mərtəbəli avtomobil dayanacağı, restoran və yaşıllıq zolağı da olacaq. 
 
Tikiləcək ekoməscid digər dini ibadət məkanlarından qeyri-adi dizaynı ilə fərqlənir. Beləki bunun sayəsində istifadə ediləcək elektrik enerjisinin istifadəsi xeyli aşağı düşəcək. Binada rahat temperatur ən müasir texnologiya ilə tənzimlənməsi nəzərdə tutulur. Məscidin banında bitgilər əkilib, su təmizləmə qurğuları ilə təchiz olunmaqla yanaşı, təbii enerji və işıqlandırma sistemi ilə təmin ediləcək.
 
Kembric müsəlmanları dini icması məscidin tikinti xərclərinin bir hissəsini 35 min velosepedin satışı ilə təmin edib.
 
Kembricdə 7 min müsəlman yaşayır. Hazırda bu şəhərdə 5 məscid müsəlmanların istifadəsindədir.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru