Dünyanın ən balaca Quran nüsxəsi sərgiyə çıxarıldı - FOTO

Dünyanın ən balaca Quran nüsxəsi sərgiyə çıxarıldı - FOTO

Dünyanın ən balaca Qurani-Kərim nüsxəsi Səudiyyə Ərəbistanın Cəddə şəhərində keçirilən 4-cü beynəlxalq kitab sərgisində nümayiş olunur. 
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, bu Quran nüsxəsi Ginnesin Rekordlar Kitabında dünyanın ən balaca Qurani-Kərim nüsxəsi kimi qeydiyyata alınıb. 
 
Cəddə şəhərinin "Məlik Əbdül-Əziz Universiteti"nin elmi heyətinin üzvü Məhəmməd Səid Kərim bu nüsxənin xüsusiyyətləri barədə bildirib ki, ən balaca Quran nüsxəsi hədiyyə edilə və satıla bilməz. "Onun uzunluğu 20 milli metr, eni 15 milli metr və qalınlığı 8 milli metrdir."  
 
Təşkil olunan sərgi haqqında danışan M.Səid Kərim  qeyd edib ki, sərgidə yeni və faydalı mədəniyyət və incəsənət məhsulları sərgiyə çıxarılıb. "Bu cəhətdən sərgini bənzərsiz hesab etmək olar. Bundan əlavə sərgidə 180 min adda kitab nümayiş olunur. Hər sərgini 50 min nəfərin ziyarət edəcəyi gözlənilir."
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanın Cəddə şəhərinnin 4-cü beynəlxalq kitab sərgisi bu il "kitab, sülh və tolerantlıq" devizi ilə keçirilir. Sərgidə dünyanın 40 ölkəsindən 400 naşir iştirak edir. Sərgi Yanvar ayının 5-dək davam edəcək. 
 
    

Google+ WhatsApp ok.ru