Dünyanın bir çox ölkələrində “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans keçiriləcək

“İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfrans 2003-cü ildən Tehranda Məhdiyyədə Aşura dastanının reallıqlarını çatdırmaq və Hz. Əli Əsğər (ə) şəhid olması mövzüsu ilə başlayıb və keçirildiyi bu illər ərzində insanlar tərəfindən  çox yüksək rəğbətlə qarşılanıb.  Bunu Həzrət Əli Əsğər (ə) adına Beynəlxalq Assambleyanın katibi Davud Manafipur ötən gün  Məhərrəm ayının ilk cümə gününün gəlişi ərəfəsində İranda və bütün dünyada “İmam Hüseynin (ə) südəmər körpələri” XIII konfransının proqramları haqda danışarkən deyib. 
Maide.az xəbər verir ki, D.Manafipur deyib ki,  bu il konfrans 3500-dən artıq tədbir çərçivəsində dünyanın müxtəlif bölgələrində qeyd olunması nəzərdə tutulub. 
 
 
Hz. Əli Əsğər (ə) beynəlxalq gününün rəsmi qeydiyyatı
D.Manafipur  deyib ki, Hz. Əli Əsğər (ə) beynəlxalq gününün İran Mədəni İrs Təşkilatında rəsmi qeydiyyata alınıb və çalışırıq ki, BMT və UNESCO –da Hz. Əli Əsğər (ə) beynəlxalq gününün mədəni irs kimi qeydiyyata alınması üçün məsləhətləşmə görüşü keçirək. 
D.Manafipur deyib ki, Həzrət Əli Əsğər (ə) adına Beynəlxalq Assambleyası İrandan 7, İraqdan 3 və  Bəhreyn, Qətər, Pakistan, Hindistan, Negeriya, Avropa və Amerikadan bir nümayəndənin iştirakı ilə idarə olunur. “İmam Hüseyn (ə) südəmər körpələri” konfransının Hindistanda və Afrika qitəsində genişləndirilməsini nəzərdə tutmuşuq, lakin bu proqram Afrikada daha çox özünü doğruldub”. 
O həmçinin qeyd edib ki,  “İmam Hüseynin (ə) südəmər körpələri” konfransı İranla eyni vaxtda Bəhreyndə 11 tədbir, İraqda 150 tədbir, Kuveytdə 11 tədbir, Ərəbistanda 10 tədbir və Qətərdə, Omanda, Livanda, Hindistanda, Liberiyada, Nigeriyada, Siraleonda, Gvineyada, Tanzaniyada, Madaqaskarda, ABŞ-ın 10 ştatında, o cümlədən Kaliforniyada, Floridada, Tekzasda və s., Almaniyada, İngiltərə (london), İsveçdə, Kanadada, Türkiyədə, Azərbaycanda, Pakistanda, Hindistanda, Əfqanıstanda, Rusiyada, Ukraynada, Malaziyada, Avstraliyada keçiriləcək. 
 
“İmam Hüseynin (ə) südəmər körpələri” layihəsi şiələrlə məhdudlaşmır
Həzrət Əli Əsğər (ə) adına Beynəlxalq Assambleyanın katibi D.Manafipur  bu tədbirin dünya şiələri arasında keçirilməsi ilə məhdudlaşmadığını və müxtəlif məzhəblərə mənsub olan müsəlmanlar, xristiyanlar və digər dinlərə inananlar da bu konfranslarda iştirak etdiyini deyib. “Eyni adlı 35 tədbir İranda və başqa ölkələrdə yaşayan sünnilər tərəfindən keçirilir.”
 
Beş dildə Beynəlxalq Şeir Konqresi keçiriləcək
D.Manafipur deyib ki. “İmam Hüseynin (ə) südəmər körpələri” layihəsi çərçivəsində beş dildə Beynəlxalq Şeir Konqresi keçiriləcək. “Şeir Konqresində təkcə şiə şairlər deyil dünyanın müxtəlif bölgələrindən müxtəlif din və məzhəb mənsubları bu konqresə öz şeirlərini təqdim edə bilər”.
 
Qeyd edək ki, hər il Məhərrəm ayının ilk cümə günü İranda və bütün dünyada “İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfransı keçirilir. Bu konfransın iştirakçıları südəmər körpələr və onların analarıdır. /
 

Google+ WhatsApp ok.ru