Dünyanın hansı ölkəsində müsəlmanlar daha çox oruc olur? - FOTO

Yaşadığımız bu müqəddəs Ramazan ayında Yer kürəsinin hər bir nöqtəsində müsəlmanlar oruc tuturlar. Maide.az-ın məlumatına görə, buna baxmayaraq bəzi ölkələrin müsəlmanları digərlərinə nisbətən bu ayda daha çox sınanırlar, çünki gün ərzində onların orucu daha uzun çəkir.
 
Hazırda Yer kürəsində ən uzun gün İslandiyadadır. Burada müsəlmanlar 21 saat 57 dəqiqə nəfsləri ilə mübarizə edirlər.
 
İsveçrə bu ölkədən cəmi bir saat geri qalır.
 
Alyaska, Almaniya, Rusiya və İngiltərədə 19 saat, Türkiyədə 17 saat, İran, Misir və Mərakeşdə 16 saat, Səudiyyə Ərəbistanında 14 saat 53 dəqiqə müsəlmanlar oruc olurlar. Hazırda ən qısa gün isə Avstraliyada müşahidə olunur – 9 saat 56 dəqiqə.
 
Azərbaycanda bu göstərici 17 saatdır.
 
Maide.az olaraq bu müqəddəs ayda oruc tutan dünya müsəlmanları ilə bağlı kadrları təqdim edirik.
 

Pakistan, Karaçi

İraq, qaçqınlar düşərgəsi

Hindistan, Mumbaidə mədrəsə

Fransa, Bordo. Bəzi müsəlman təşkilatlar bu müqəddəs ayda hər axşam inancından asılı olmayaraq  300-ə yaxın evsizi təamla təmin edir.

Malaziya

Əfqanıstan

İraq, mosul qaçqınları düşərgəsi

Əfqanıstan, iftar ərəfəsi

İraq, Nineviya qaçqınları üçün hazırlanan iftar süfrəsi

Malaziya

 

Google+ WhatsApp ok.ru