Dünyanın ilk rəsmi rəqəmsal valyutası tədavülə hazırlanır

Dünyanın ilk rəsmi rəqəmsal valyutası tədavülə hazırlanır

Estcoin layihəsində Etheriumun yaradıcısı Vitalik Buterin məsləhətçi olacaq
 
Estoniya dünyanın ilk rəsmi rəqəmsal valyutasının tədavülə buraxılması üçün hazırlıqlara başladığını açıqlayıb. Yeni yaradılan kriptovalyutanın adı "Estcoin" olacaq.
 
Qeyd edək ki, Estoniya kiçik bir ölkə olmasına baxmayaraq, texnologiya sahəsində təşəbbüskarlığı ilə tanınır. Məhz Estoniya hökumətinin yaratdığı e-vətəndaşlıq (e-Residency) sistemi dünya tərəfindən uğurlu nümunə kimi qiymətləndrilir. Bu sistemlə insanlar Estoniyaya getmədən Avropa İttifaqında şirkət qurmaq və hökumətin elektron xidmətlərindən istifadə etmək imkanı əldə edir.
 
Estoniyadakı "e-Residency"nin direktoru Kaspar Korjus kriptovalyuta emissiyası həyata keçirmək istədiklərini bildirib. Emissiyanın nə zaman baş tutacağı barədə açıqlama verməyən K.Korjus valyutanın dəyərinin müəyyən edilməsi üçün işlərin aparıldığını qeyd edib. Xatırladaq ki, "Estcoin" layihəsində "Etherium" virtual valyutanın yaradıcısı Vitalik Buterin məsləhətçi kimi iştirak edir. (report) /

Google+ WhatsApp ok.ru