Dünyanı su qıtlığı gözləyir

Dünyanı su qıtlığı gözləyir

Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) qaynaqların düzgün istifadə edilmədiyi təqdirdə dünyada böyük bir su çatışmazlığı başlayacağı barədə xəbərdarlıq edib.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, təşkilatın araşdırmasına görə, dünya əhalisinin böyük bir hissəsi iqlim dəyişikliyi səbəbi ilə gələcəkdə sel, susuzluq və ya keyfiyyətsiz su problemi ilə qarşılaşacaq.
 
Təşkilatın açıqlamasına görə, 2050-ci ildə dünya əhalisinin yarısından çoxu "çox yüksək su riski" olan bölgələrdə yaşamaq məcburiyyətində qalacaq.
 
WWF mütəxəssislərinin fikrincə, hazırda dünya əhalisinin 17 faizi keyfiyyətsiz su problemi ilə qarşı-qarşıyadır.
 
Məlumata görə, gələcəkdə Pekin, İstanbul və Rio-de-Janeyro, eləcə də Cənubi Asiya, Orta Şərq, Cənubi Amerika və Afrika kimi ölkələr su problemi ilə qarşılaşacaq. 

Google+ WhatsApp ok.ru