'Dünya Qəzzadan gələn fəryadların qarşısında sakit qala bilməz'

'Dünya Qəzzadan gələn fəryadların qarşısında sakit qala bilməz'

Ölkələrin Qəzzadakı korona epidemiyasının yayılmasına qarşı səssiz qalmasının qəbuledilməz olduğunu söyləyən Berhum, "Koronavirus epidemiyası səbəbiylə 14 ildir mühasirəyə alınmış 2 milyon qəzzalının həyatı üçün təhlükə yarandığı bir vaxtda, mövcud problemlər, yüksələn fəryadlar, qadınlar və uşaqların dözülməz vəziyyəti qarşısında dünya qulaqlarını bağlaya bilməz, səssiz qala bilməz", - deyə bildirib

 
Maide.Az xəbər verir ki, Həmasın mətbuat katibi Fevzi Berhum "tvitter" hesabından yayımladığı açıqlamada, beynəlxalq birliyin böyük bir humanitar fəlakətin olduğu günlərdə yeni sınaq qarşısında qaldığını deyərək, "Qəzza xalqına tətbiq olunan boğucu mühasirəyə dərhal son qoyulmalı və ehtiyac duyulan ləvazimatlar nəzərə alınmalı və insan həyatının ehtiyacları qarşılanmalıdır", söyləyib.
 
Sionist İsrail rejiminin illərdir tətbiq etdiyi mühasirəni davam etdirərək cinayətlər törətdiyini bildirən Berhum, “Fələstin Dövlət başçısı Mahmud Abbas Qəzzaya tətbiq olunan bütün sanksiyaları dayandırmalıdır. Blokada insan dəyərlərindən və əxlaq qaydalardan uzaq bir cinayətdir.”- deyə vurğulayıb.

Google+ WhatsApp ok.ru