Dünya sərvətləri ən çox hansı ölkələrdədir?

Dünya sərvətləri ən çox hansı ölkələrdədir?

-- qlobal sərvət 6,4 faiz artaraq 280 trilyon dollara çatıb

Baş ofisi Zürihdə yerləşən beynəlxalq investisiya bankı və maliyyəə xidmət şirkəti "Credit Suisse" tərəfindən bu il nəşr olunan hesabata görə, 2017-ci ildə qlobal sərvət 6,4 faiz artaraq 280 trilyon dollara çatıb.
 
Maide.Az  “AA”-a isitnadən xəbər verir ki,  adam başına düşən gəlirin payı 4,9 faiz artıb və 56 min 540 dollara çatıb. 
 
Hesabatda, sərvətlərin 64 faizi Şimali Amerika və Avropanın ( dünya əhalisinin 17 faizi) payına düşür.  Həmçinin dünya sərvətinin 10 faizinə sahib Çin, bu sərvətin 22 faizini ehtiyat saxlayıb. 
 
Qazanc əldə edən ölkələr arasında ilk sırada 8,5 trilyon dollar artımla ABŞ  durur. İkinci yerdə Çin və növbəti yerlərdə Almaniya, Fransa, Avustralya, İtalya, Hindistan, İspaniya və Tayvan yer alır. 
 
Hesabata əsasən, Almaniya, Fransa, İtalya və İspaniya  qlobal sərvətin 20 fazini qazanıb.  Misir və Yaponiya isə  hesabatda sərvət itirən ölkələr sırasında yer alıblar.

 

Google+ WhatsApp ok.ru