Dünya və peşəkar çempionatlardakı hicaba sərbəstlik basketbolçuları sevindirdi

Dünya və peşəkar çempionatlardakı hicaba sərbəstlik basketbolçuları sevindirdi

Dünya və peşəkar çempionatlarda hicab və dini geyimləri qadağan edən qanun rəsmən ləğv edilib.
 
Basketbol yarışlarında hicab və İslam geyimi qadağasının ləğv edilməsi may ayında Beynəlxalq Basketbol Federasiyası (FİBA) tərəfindən təsdiq olunmuşdu. Qərar oktyabrın 1-dən etibarən qüvvəyə minməli idi.
 
ABŞ-da müsəlmanların hüquqlarını qoruyan ən böyük təşkilat olan Amerika-İslam Münasibətləri Şurası İsveçrədə Basketbol Federasiyası tərəfindən hicab qadağasının tamamilə ləğv edilməsi aktının həyata keçirilməsinə görə təşəkkür edib.
 
FİBA qərarını İslam təşkilatları tərəfindən məsələn, Amerika-İslam Əlaqələri Şurası və Amerika Sinxlər Koalisiyası kimi təşkilatların illərlə davam edən səyləri, müzakirə və müxtəlif kampaniyalarının təsiri nəticəsində verib. Beləliklə, qadın idmançılar, eyni zamanda sinxlər və digərləri sevdikləri idman növü üzrə dini paltarlarını geyinərək yarışa bilərlər.
 
Keçən il 50-dən çox hüquqi və dini təşkilat FİBA-dan basketbol yarışlarında dini geyimləri qadağan edən, müsəlman, sinx və yəhudi idmançıların beynəlxalq yarışlardan məhrum edən qərarını ləğv etməsini tələb edib.
 
Amerika-İslam Əlaqələri Şurasının rəsmisi Zeynəb Çodhri belə danışıb: “FİBA-nın yeni siyasətinin rəsmi olaraq həyata keçirilməsini hamı üçün böyük bir qələbədir. Din azadlığına inanır və onu sevirlər. İdmançılar təkcə dini inancları ilə yox, istedad və bacarıqları ilə seçilirlər”. (deyerler.org)
 

Google+ WhatsApp ok.ru