55-ci Böyük Qayıdış yürüşündə İsrail ordusu onlarla insanı yaralayıb (FOTO)

55-ci Böyük Qayıdış yürüşündə İsrail ordusu onlarla insanı yaralayıb (FOTO)

Dünən cümə günü ilə əlaqədar Qəzzada baş tutmuş növbəti Böyük Qayıdış yürüşündə işğalçı İsrail rejim qüvvələri dinc etirazçıları adəti üzrə atəşə tutub.
 
Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, aralarında 5 tibb işçisi, 4 jurnalistin də olduğu 37 aksiya iştirakçısı işğalçı əsgərlər tərəfindən güllələnərək yaralanıblar. Onlarla insan isə gözyaşardıcı qaz qumbaralarının təsirinə məruz qalıb.
 
Məlumata görə, sayca 55-ci olan dünənki Böyük Qayıdış yürüşündə yüzlərlə insan Qəzzanın şərq hüdudları boyunca blokada sərhədinə yaxınlaşaraq etiraz şüarları səsləndiriblər.
 
Xatırladaq ki, Böyük Qayıdış yürüşləri 2018-ci ilin 30 mart tarixindən etibarən hər cümə günü keçirilir. Etiraz yürüşünün əsas şüarı işğalçı İsrail rejiminin qəsbkarlıq və blokada siyasətinə son qoymaq, 1948-ci ildə didərgin salınmış fələstinlilərin öz yurdlarına geri qayıtmasıdır. Bugünə qədər yürüşlərdə işğalçı ordunun dinc nümayişçilərə qarşı həmlələri nəticəsində 284 nəfər həlak olub, 31 min nəfər yaralanıb. Yaralıların 500 nəfərinin vəziyyəti ağır olaraq qalır. Öldürülənlər arasında isə qadınlar, uşaqlar, tibb işçiləri, jurnalistlər, fiziki qüsurlu insanlar da var.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru