6 gün işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq

6 gün işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq

Azərbaycanda 6 günlük tədris sistemi olan məktəblərdə yanvarın 19-da - şənbə günü dərs olacaq.
 
Bunu Təhsil Nazirliyindən bildiriblər. 
 
Qeyd olunub ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmri yanvarın 17-18-inə aiddir: “Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək”.
 
Xatırladaq ki, təhsil naziri C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. 
 

Google+ WhatsApp ok.ru