ABŞ-a yağan ilk qar azı 8 nəfərin ölümünə səbəb olub

ABŞ-a yağan ilk qar azı 8 nəfərin ölümünə səbəb olub

Noyabrın 14 və 15-də ABŞ-ın şimal-şərq və bəzi mərkəzi rayonlarına yağan ilk qar azı 8 nəfərin ölümünə səbəb olub.
 
Maide.Az "َazərtac"a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına əsasən, ölüm halları əsasən buz bağlamış avtomobil magistrallarında baş verən qəzalar nəticəsində meydana gəlib. Missisipi ştatında 46 sərnişini daşıyan avtobus aşıb. Yaralanan sərnişinlərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb.
 
Bəzi rayonlarda qarın qalınlığı 20 santimetrə çatıb, elektrik naqilləri qırılıb. Virciniya, Ohayo, Kentukki və İndiana ştatlarında 300 min nəfər elektriksiz qalıb.
 
Nyu-York ştatında əlverişsiz hava şəraiti ilə əlaqədar 1,6 min aviareys ləğv olunub, 8 mindən çox aviareys isə təxirə salınıb.

Google+ WhatsApp ok.ru