Lənkəran teatrı İranda beynəlxalq festivalda iştirak edəcək

Lənkəran teatrı İranda beynəlxalq festivalda iştirak edəcək

 
Sentyabrın 17-dən 19-a kimi İran İslam Respublikasının Rəşt şəhərində IX ənənəvi Beynəlxalq Meydan Teatr Festivalı keçiriləcək.
 
Tədbirdə Azərbaycanı Lənkəran Dövlət Dram Teatrı təmsil edəcək. Teatrın direktoru Tofiq Heydərov bildirib ki, kollektiv festivala Üzeyir Hacıbəyovun felyeton və pamfletləri əsasında hazırlanmış tamaşa ilə qatılacaq. Əsas rollarda teatrın aparıcı səhnə ustaları əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, artistlərdən Miraslan Ağayev, Niftulla Əsgərov və digərləri çıxış edəcəklər. (apa) /

Google+ WhatsApp ok.ru