Məktəblərdə iki gün dərslərin dayandırılması qış tətilinin müddətinə təsir edəcəkmi? - RƏSMİ 18 Yanvar 2019 11:21 Ölkə Təhsil Nazirliyi hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir edib-etməyəcəyini açıqlayıb. Maide.Az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özəl olaraq Trend-ə bildirib ki, yanvarın 17-18-də məktəblərdə tədrisin dayandırılması şagirdlərin yanvarın sonunda olacaq qış tətilinin müddətinin azaldılmasına səbəb olmayacaq: "Qış tətili yanvarın 27-31-də olacaq. Şagirdlər yanvarın 17-18-də dərsə gəlmədiklərindən onların tətil günlərinin sayı azaldılmayacaq. Tətil günləri nəzərdə tutulduğu qədər olacaq". Qeyd edək ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17-18-də respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb. Bununla bağlı bütün tədbirlər təxirə salınıb. 2018-2019-cu tədris ili üzrə 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Teqlər : #Məktəblərdə,#iki,#gün,#dərslərin,#dayandırılması,#qış,#tətilinin,#müddətinə,#təsir,#edəcəkmi?,#RƏSMİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 6 gün işləyən məktəblərdə yanvarın 19-da dərs olacaq Qayda pozan sürücülərin avtomobilləri duracağa aparılacaq